Azərbaycanda 18.5 milyon manata tibb müəssisəsi tikiləcək | Banco.az

Azərbaycanda 18.5 milyon manata tibb müəssisəsi tikiləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti tender elan edib.

Tenderdə Bakı şəhəri , Sabunçu rayonu, Maştağa qəsəbəsində layihələndirilən İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinin davamı (II mərhələ) nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 18 522 080 manatdır.