Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ildə Azərbaycana 679 milyon 489 min dollar dəyərində 26 min 197 ədəd hibrid avtomobil idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə idxal edilən hibrid avtomobillərin dəyəri 75,9% və ya 293 milyon 195 min dollar, sayı isə 12 min 99 ədəd (85,8%) artıb.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycana idxal edilən hibrid avtomobillərin sayı 14 098, dəyəri isə 386,3 milyon dollara dəyərində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!