Bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 174 ölkəsindən 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gələnlərin 24,2 %-i Rusiya Federasiyası, 18 %-i Türkiyə, 11 %-i Hindistan, 9 %-i İran, 4,7 %-i Gürcüstan, 3,6 %-i Qazaxıstan, 2,9 %-i Pakistan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 2,2 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9 %-i İsrail, hər birindən 1,8 % olmaqla Özbəkistan və Çin, 1,5 %-i Ukrayna, 1,4 %-i Türkmənistan, 1,1 %-i Küveyt, 1 %-i Belarus, 11,4 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,2 %-ini kişilər, 29,8 %-ini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan - 2 dəfə, Çindən - 1,7 dəfə, İordaniyadan - 45,6 %, Hindistandan - 32,9 %, Qırğızıstandan - 32,1 %, İspaniyadan - 28,8 %, Yaponiyadan - 26,7%, Pakistandan - 22,5 %, ABŞ-dan - 20,2 %, Qazaxıstandan - 17,7 %, Birləşmiş Ərəb Əmirliklərindən - 16,6 %, Kanadadan - 15,5 %, Niderlanddan - 10,7 %, İtaliya və Misirdən - 10 % artıb..
2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,8 % artaraq 27,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,4 % azalaraq 117,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 % azalaraq 243 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 12,2 % artaraq 347,2 min nəfər təşkil edib.
Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,8 %-i hava, 26,6 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.
report