Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 3 milyard 222 milyon 484 min ABŞ dolları təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 8,2% çoxdur.
Hesabat dövründə ölkə iqtisadiyyatına ən çox investisiya yatıran 10 ölkə bunlar olub:
Ölkələr |
Məbləğ (dollar) |
Birləşmiş Krallıq |
806,3 milyon |
Türkiyə |
628,7 milyon |
Kipr |
353,4 milyon |
İsveçrə |
226,6 milyon |
İran |
176 milyon |
BƏƏ |
175,6 milyon |
Macarıstan |
166,2 milyon |
Rusiya |
129,7 milyon |
Yaponiya |
108 milyon |
ABŞ |
89,5 milyon |
Gürcüstan |
69,1 milyon |
Bizi sosial şəbəkələrdən izləyin!!