Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-fevral aylarında 309 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən 2 ayda ölkənin elektromobil idxalının dəyəri isə 12 milyon 83 min dollar olub. 2025-ci ilin yanvar-fevral aylarında elektromobil idxalı 2024-cü ilin eyni ayları müqayisədə miqdar baxımından 232 ədəd, dəyər ifadəsində isə 10 milyon 769 min dollar və ya 47,1% azalıb.
Xatırladaq ki, 2024-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 541 ədəd, dəyəri 22,9 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!