Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2024-cü ildə idxal olunan əczaçılıq məhsullarının dəyəri 507 milyon 557 min dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 53 milyon 280 min dollar və ya 9.5% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2.41%-ni təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan 560 milyon 837 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.
Bizi sosial şəbəkələrdən izləyin!!