Azərbaycan Xorvatiyaya neft ixracını 78% artırıb | Banco.az

Azərbaycan Xorvatiyaya neft ixracını 78% artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-may aylarında Xorvatiyaya 408 milyon 862 min dollar dəyərində 744 min 703 ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 134 milyon 602 min dollar və ya 49,1% artıb.

Xorvatiyaya neft ixracının həcmi isə ötən ilin yanvar-may aylarına nisbətdə 77,9% artıb. 

Hesabat dövründə Xorvatiya Azərbaycanın ikinci ən böyük neft idxalçısı olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram