Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 118 milyon 852 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 911 min ABŞ dollar və ya 11,3% çoxdur.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalına çəkilən xərc ümumi idxal xərcinin 0,56%-ni təşkil edib.
11 ay ərzində Azərbaycan həmçinin 58 milyon 580 min dollarlıq tütün və onun sənaye əvəzedicilərini ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6 milyon 214 min dollar və ya 11,9% çoxdur.
Tütün və tütün əvəzedicilərinin ixracından gəlirlər ümumi ixrac gəlirlərində 0,25% malik olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
