Azərbaycan Türkiyəyə neft ixracını 64% azaldıb | Banco.az

Azərbaycan Türkiyəyə neft ixracını 64% azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan ötən ilin yanvar-dekabr aylarında Türkiyəyə 232 milyon 411 min dollar dəyərində 430 min 522 ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 443 milyon 895 min dollar və ya 65,6% azalıb.

Türkiyəyə neft ixracının həcmi isə 2023-cü ilin yanvar-dekabr aylarına nisbətdə 771 min 685 ton və ya 64,2% azalıb.

Qeyd edək ki, hesabat dövründə İtaliya Azərbaycanın ən böyük neft idxalçısı olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram