"BQ" ASC 2025-ci ili 522 min manat xalis mənfəətlə başa vurub.
Banco.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 52,2 % çoxdur.
Ötən il "BQ"nin vergiyəqədərki mənfəəti 644 min manat (42,2 % çox), mənfəət vergisi ödəmələri 122 min manat (11,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "BQ"nin aktivləri 6,888 milyon manat olub ki, bu da illik müqayisədə 37 % çoxdur. Hesabat dövrünə şirkətin öhdəlikləri 27,5 % artaraq 6,204 milyon manata, nizamnamə kapitalı isə 4,2 dəfə artaraq 684 min manata çatıb.
Xatırladaq ki, "BQ" 2016-cı ilə yaradılıb, səhmdarı 100 % Fərman Quliyevdir. Onun nizamnamə kapitalı isə 4,010 min manatdır. O, həm də atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır.
