Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-aprel aylarında Rusiyaya 317 milyon 645 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 32 milyon 425 min dollar və ya 11,4% çoxdur.
Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyaya ixrac edilən qeyri-neft məhsullarının dəyəri 285 milyon 220 min dollar təşkil edib.
Hesabat dövründə Azərbaycanın ən böyük qeyri-neft idxalçısı da Rusiya olaraq qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!