Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın Qazaxıstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 27 milyon 93 min dollar və ya 30,2% artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında Qazaxıstana qeyri-neft ixracının dəyəri 116 milyon 949 min dollar təşkil edib.
2023-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 89 milyon 856 min dollar olub.
Qeyd edək ki, ötən ilin 11 ayında Azərbaycanın qeyri-neft ixracından gəlirləri 3 milyard 90 milyon 619 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!