2024-cü ildə Azərbaycan 85 min 286 ton qarğıdalı idxal edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə bu həcmdə qarğıdalının dəyəri 24 milyon 64 min ABŞ dolları təşkil edib.
Bunlar, 2023-cü illə müqayisədə həcm baxımından 12 min 224 ton (16,7 %), dəyər baxımından isə 3 milyon 239 min ABŞ dolları (15,5 %) çoxdur.
Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 7 % azdır.
Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.
Son nəticədə xarici ticarətdə 5 milyard 496 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.