Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin may ayında Azərbaycan mobil internetin sürətinə görə 103 ölkə arasında 73,83 MB/S sürətlə 57-ci yerdə qərarlaşıb. Azərbaycan aprel ayı ilə müqayisədə mövqeyində 2 pillə geriləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 153 ölkə arasında 87-ci yerdə qərarlaşıb. Burada isə Azərbaycan mövqeyində 1 pillə irəliyəyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 79,25 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!