Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin fevral ayında Azərbaycan mobil internetin sürətinə görə 103 ölkə arasında 71,01 MB/S sürətlə 55-ci yerdə qərarlaşıb. Azərbaycan yanvar (70,65 MB/S) ayı ilə müqayisədə mövqeyində 1 pillə geriləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 154 ölkə arasında 90-cı yerdə qərarlaşıb. Burada isə Azərbaycanın mövqeyi dəyişməyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 69,32 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!