Azərbaycan ötən ay 3 milyon tona yaxın neft ixrac edib | Banco.az

Azərbaycan ötən ay 3 milyon tona yaxın neft ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan 2026-cı ilin yanvar ayında 1 milyard 238 milyon 82 min ABŞ dolları dəyərində 2 milyon 642 min 930 ton neft ixrac edib.   

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Azərbaycanın neft ixracından gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34,9%, neftin həcmi isə 23,6% azalıb.

Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 55,37% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram