Azərbaycan Niderlanda neft ixracını 2 dəfə artırıb | Banco.az

Azərbaycan Niderlanda neft ixracını 2 dəfə artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Niderland bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 182 milyon 858 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 76 milyon 20 min dollar və ya 7% çoxdur.

Hesabat dövründə Niderlandın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 191 min 702 ton və ya 2,1 dəfə artaraq 360 milyon 688 min tona çatıb. 

Qeyd edək ki, hesabat dövrdə İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram