Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb | Banco.az

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Birja məlumatları xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 3,79 ABŞ dolları və ya 5% artaraq 79,58 ABŞ dollarına bərabər olub.