Azərbaycan neftinin bahalaşması davam edir | Banco.az

Azərbaycan neftinin bahalaşması davam edir

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Banco.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,09 ABŞ dolları və ya 0,08% artaraq 109,19 ABŞ dolları olub.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 109,1 ABŞ dolları təşkil edib.