Azərbaycan meyvə-tərəvəz ixracından 300 mln. dollar gəlir əldə edib | Banco.az

Azərbaycan meyvə-tərəvəz ixracından 300 mln. dollar gəlir əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-may aylarında 299 milyon 282 min dollar dəyərində 291 min 393 ton meyvə-tərəvəz ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 19,1% (48 milyon 2 min dollar), miqdarı isə 26,2% (60 min 486 ton) artıb.

2024-cü ilin eyni dövründə Azərbaycandan 251 milyon 280 min dollar dəyərində 230 min 907 ton meyvə-tərəvəz ixrac edilib. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2,72%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21,26%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram