Azərbaycan Mərkəzi Bankına məxsus avtomobillər satışa çıxarılır – Hərrac | Banco.az

Azərbaycan Mərkəzi Bankına məxsus avtomobillər satışa çıxarılır – Hərrac

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 25 dekabr 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə Azərbaycan Mərkəzi Bankının balansında olan 22 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Nəqliyyat vasitələrinin markaları "Mercedes", "BMW", "Lexsus", "GMC", "Audi", "Honda", "Toyota", "Hyundai", "Vaz 21213" və "Mitsubishi"dir. Modellər və avtomobillər haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram