Azərbaycan Mərkəzi Bankı not hərraclarının sayını 83%-ə yaxın artırıb | Banco.az

Azərbaycan Mərkəzi Bankı not hərraclarının sayını 83%-ə yaxın artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci il ərzində Mərkəzi Bank 170 not hərracı keçirib.

Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bu, illik müqayisədə 82,8% çoxdur.

Baş tutan hərraclardan 43-ü 28 günlük, 42-i 84 günlük, 43-ü 168 günlük, 42-i isə 252 günlük notlar üzrə olub. İl ərzində dövriyyədə olan notların qalığı bank sistemindəki vəziyyətdən asılı olaraq dəyişkən olmuş, avqust ayında 744.2 mln. manat olmaqla özünün maksimumuna çatıb. Dekabr ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı isə 370.8 mln. manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram