Azərbaycan Mərkəzi Bankı "Lombardlar haqqında" qanunun yeni layihəsini hazırlayıb.
Banco.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Bu qanunun qəbulu hədəfimizdir və AMB bu sahədə daha çox istehlakçıların hüquqlarının müdafiəsinə fokuslanacaq", - deyə o qeyd edib.
Bundan başqa, T.Kazımov lizinq haqqında yeni qanunun qəbul olunacağını da xatırladıb: "Həmin qanunun layihəsi də hazırdır, müvafiq dövlət qurumlarının rəyi alınır, düşünürəm ki, sənəd bu il qəbul olunacaq".
