Azərbaycan İtaliyaya investisiya qoyuluşunu 2 dəfə artırıb | Banco.az

Azərbaycan İtaliyaya investisiya qoyuluşunu 2 dəfə artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliya iqtisadiyyatına 118 milyon 585 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 60 milyon 730 min ABŞ dollar və ya 2 dəfə çoxdur.

2024-cü ilin 9 ayında bu məbləğ 57 milyon 855 min manat təşkil edirdi. Hesabat dövründə Azərbaycanın İtaliya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı isə 5,8% təşkil edib.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 2 milyard 38 milyon 685 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram