Azərbaycan İspaniyaya birbaşa investisiya qoyuluşunu 3 dəfəyədək artırıb | Banco.az

Azərbaycan İspaniyaya birbaşa investisiya qoyuluşunu 3 dəfəyədək artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-mart aylarında Azərbaycan İspaniya iqtisadiyyatına 20 milyon 896 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 milyon 856 min ABŞ dollar və ya 2,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın İspaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,6% təşkil edib.

Eyni dövrdə İspaniya Azərbaycan iqtisadiyyatına 1 milyon 80 min ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 996 min ABŞ dollar və ya 12,9 dəfə çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram