2025-ci il dekabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları ( bank və qeyri-bank birlikdə) 31 milyard 451.1 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, 2024-cü ilin noyabr ayının 1-i ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 8.2% və ya 2 milyard 384.3 milyon manat artıb.
Qeyd edək ki, bu dövrdə dövlət bankları tərəfindən kredit qoyuluşları 7 milyard 635.2 milyon manat, özəl banklar tərəfindən 22 milyard 50.3 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1 milyard 765.5 milyon manat təşkil edib.
Xatırladaq ki, hesabat tarixinə bankların kredit portfelinin həcmi 29 milyard 685.5 milyon manata bərabər olub ki, bunun da 15 milyard 804.8 milyon manatı biznes kreditləri, 9 milyard 318.8 milyon manatı istehlak kreditləri, 4 milyard 561.9 milyon manatı isə ipoteka kreditləri olub.
apa
