Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 305,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,5 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,3 % artıb.
ÜDM istehsalının 37,3 %-i sənaye, 9,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,9 %-i tikinti, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 21,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 %-ni təşkil edib.
4 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM 3 841,8 manata bərabər olub.