Azərbaycan II rübdə mal idxalını 18% artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 121 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--over-time.tpl.php).

Azərbaycan II rübdə mal idxalını 18% artırıb

Cari ilin II rübündə Azərbaycana idxal olunan malların dəyəri 299 mln. dollar və ya 17,9% artaraq 1 965 mln. dollar təşkil edib. Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) tədiyyə balansı ilə bağlı açıqladığı statistik hesabatda yer alıb. 

Hesabata görə, Azərbaycan ilk rübdə 1 666 mln. dollarlıq mal idxal edib. 

Bu ilin II rübündə qeyri-neft sektoru üzrə mal idxalı isə 314 mln. dollar və ya 22,6% artaraq 1 706 mln. dollar təşkil edib. İlk rübdə bu göstərici 1 392 mln. dollar olub.

Azərbaycan II rübdə 3 555 mln. dollarlıq mal ixrac edib. İlk rüblə müqayisədə ciddi dəyişiklik olmayıb. Belə ki, Azərbaycan ilk rübdə 3 556 mln. dollarlıq mal ixrac edib. Azərbaycanın qeyri-neft sektorunun ixracı II rübdə ilk rüblə müqayisədə 204 mln. dollar və ya 80,3% artaraq 459 mln. dollara çatıb.

İxracın strukturunda qeyri-neft sektorunun xüsusi çəkisi 12,9%-ə yüksəlib. İlk rübdə bu göstərici 7,1% təşkil edib.

Ümumiyyətlə, Azərbaycanın xarici ticarət balansı II rübdə 1 589 mln. dollarlıq profisitlə yekunlaşıb. Bu, ilk rüblə müqayisədə 301 mln. dollar və ya 15,9% azdır.

Mənbə: Report.az