Azərbaycan Gürcüstana 84 milyon dollara yaxın investisiya yatırıb | Banco.az

Azərbaycan Gürcüstana 84 milyon dollara yaxın investisiya yatırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstan iqtisadiyyatına 83 milyon 848 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 53 milyon 424 min ABŞ dollar və ya 2,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 7,6% təşkil edib. Bu ölkə Azərbaycanın ən çox investisiya yatırdığı 3-cü ölkə olub.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 1 milyard 109 milyon 851 min dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram