Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 20,9 milyon ABŞ dolları investisiya yatırıb.
Banco.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici investisiyalarla bağlı ilkin hesabatında qeyd edilib.
Məlumata görə, bu, illik müqayisədə 4 milyon dollar və ya 16,1% azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstanın dördüncü əsas investoru olub. İlk üçlükdə Böyük Britaniya (52,4 milyon ABŞ dolları), ABŞ (47,5 milyon ABŞ dolları) və Niderland (29,2 milyon ABŞ dolları) qərarlaşıb.
Qeyd edək ki, yanvar-martda Gürcüstan iqtisadiyyatına ümumilikdə 271,2 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 87,6 milyon dollar və ya 47,7% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!
