Azərbaycan elektrikli avtomobil idxalını azaldıb | Banco.az

Azərbaycan elektrikli avtomobil idxalını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2026-cı ilin yanvar-mart aylarında 299 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkənin elektromobil idxalının dəyəri isə 7 milyon 898 min dollar olub. Hesabat dövründə elektromobil idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 129 ədəd, dəyər ifadəsində isə 7 milyon 660 min dollar və ya 2 dəfə azalıb.

Xatırladaq ki, 2025-ci ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 428 ədəd, dəyəri 15,6 milyon dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram