Azərbaycan əhalisinin yanacaq xərcləri 8% artıb | Banco.az

Azərbaycan əhalisinin yanacaq xərcləri 8% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağının alınmasına 2 804,4 mln. manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.

Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağının alınmasına 2 528,3 mln. manat xərclənib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram