Azərbaycan əhalisinin sayı açıqlandı | Banco.az

Azərbaycan əhalisinin sayı açıqlandı

2025-ci ilin yanvar-iyun aylarında əhalinin sayı 16833 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il iyul ayının 1-i vəziyyətinə 10241722 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Cari ilin ilk altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 45616 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,6-dan 9,0-a düşmüşdür.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olmuşdur. Doğulan körpələrdən 1510-u əkiz, 63-ü isə üçəm olmuşdur.