Azərbaycan əhalisinin sayı açıqlandı | Banco.az

Azərbaycan əhalisinin sayı açıqlandı

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il dekabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10176811*) nəfər təşkil edib. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Qeyd edilib ki, 2023-cü ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 103367 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,1-ə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulanlardan 3134-ü əkiz, 135-i üçəm, 4-ü isə dördəm olmuşdur. Bu ilin 11 ayında ölkədə 54794 ölüm halı qeydə alınmış və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram