Azərbaycan duru bitki yağı və marqarin istehsalını artırıb | Banco.az

Azərbaycan duru bitki yağı və marqarin istehsalını artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 11 min 206,4 ton duru bitki yağları istehsal edilib.

 Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % çoxdur.

Hesabat dövründə Azərbaycanda həmçinin 13 min 115,7 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 18,4 % çoxdur.

Aprelin 1-nə ölkədə 3 min 673,8 ton duru bitki yağı, 3 min 94,1 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar da illik müqayisədə müvafiq olaraq 24,8 % az və 8,8 % çoxdur.

Xatırladaq ki, 3 ayda Azərbaycanda 1 milyard 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 12,2 % çoxdur.

report