Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2026-cı ilin yanvar-may aylarında 118 milyon 987 min ABŞ dolları dəyərində 528 min 60 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 7,7%, miqdarı isə 3,5% artıb.
2025-ci ilin ilk 5 ayında idxal edilən buğdanın dəyəri 110 milyon 436 min dollar, miqdarı isə 510 min 431 ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
