Ötən il Azərbaycan 55,9 milyon ABŞ dolları dəyərində 13 min 151 ton iribuynuzlu heyvan əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 9 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ukraynadan 32,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % az) 6 min 917 ton (-3 %), Braziliyadan 11,7 milyon ABŞ dolları dəyərində (+44 %) 3 min 466 ton (+33 %), Belarusdan 6,1 milyon ABŞ dolları dəyərində (+26 %) 1 min 331 ton (+9 %), Hindistandan 4,3 milyon ABŞ dolları dəyərində (+91 %) 1 min 279 ton (+79 %), Rusiyadan 594 min ABŞ dolları dəyərində (-51 %) 83 ton (-52 %) məhsul alıb.
Azərbaycan 7 il 11 aylıq fasilənin ardından Böyük Britaniyadan (27,1 min ABŞ dolları dəyərində 0,9 ton) tədarükü bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 12 min ton mal ətinin 59 %-i Ukraynanın payına düşüb.
report
