Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2025-ci ilin yanvar-may aylarında 430.7 mln. manat xalis mənfəət, 708.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 17.1% və 3.3% azalıb.
Məlumata görə, cari ilin ilk 5 ayında banklar tərəfindən 109 mln. manat (1.5% çox) məbləğində mənfəət vergisi ödənilib.
Bizi sosial şəbəkələrdən izləyin!!