Banco.az-ın növbəti araşdırması bankların beynəlxalq reytinqləri ilə bağlıdır. Bankların beynəlxalq reytinqinin qiymətləndirilməsi investorların cəlbi üçün əsas amildir. Hər bir investor gəlir əldə etmək məqsədi ilə investisiya yatırdığı layihə və ya şirkətin etibarlı və güclü olmasına diqqət yetirir. Digər tərəfdən baxsaq şirkətin inkişafı və maliyyə dəstəyi üçün investora ehtiyac var. Buna görə də hər iki tərəf üçün xarici şirkətlərin qiymətləndirilməsi vacibdir. Bankların da qiymətləndirilməsi xarici şirkətlər - Fitch, Moodys və Standard Poors tərəfindən qiymətləndirilir. Reytinqlər AAA-dan (Aaa) D-yə doğru azalır. Bu azalma bank kreditlərinin risklilik dərəcəsinin artdığını göstərir. Eyni zamanda bu şirkətlər ölkələr üçün də kredit reytinqləri üzrə də qiymətləndirilir. Azərbaycanın Standard & Poor's və Fitch's reytinq agentliyi tərəfindən BB+ stabil, Moody's tərəfindən isə Ba2 stabil olaraq qiymətləndirilib.
Aşağıdakı cədvəldə 2019-cu ildə bankların defolt reytinqləri və onların proqnozu qeyd olunub.
Banklar |
Bankın reytinqi | Reytinq agentliyi | Reytinqin verildiyi tarix | Proqnoz |
AFB Bank |
B | Fitch | 11.07.2019 |
Stabil |
Beynəlxalq Bank |
B- | Fitch | 24.05.2019 |
Pozitiv |
Bank Respublika |
B3 | Moody's | 30.10.2019 |
Pozitiv |
Expressbank |
B | Fitch | 24.07.2019 |
Stabil |
Kapital Bank |
BB-/B | Standard & Poor's | 15.05.2019 |
Pozitiv |
Muğanbank |
В-/В | Standard & Poor's | 20.06.2019 |
Stabil |
Xalq Bank |
B3 | Moody's | 2019 |
Stabil |
Tərlan Qəhrəmanova, Banco.az