Azərbaycan 4 ayda elektrik enerjisi ixracından nə qədər qazanıb? | Banco.az

Azərbaycan 4 ayda elektrik enerjisi ixracından nə qədər qazanıb?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan 29.1 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu, illik müqayisədə 18.5 milyon dollar və ya 38.9% azdır. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2024-cü ilin ilk 4 ayında ayında elektrik enerjisi ixracının ümumi dəyəri 47.6 milyon dollara bərabər olub.

Qeyd edək ki, aprel ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (30.2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (30.16 milyon ABŞ dolları) ikinci, pambıq (22.1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram