Azərbaycan 2 milyard kubmetrdən çox qaz ixrac edib | Banco.az

Azərbaycan 2 milyard kubmetrdən çox qaz ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ay ölkədən 2 milyard 291 milyon 732 min kubmetr təbii qaz ixrac edilib.

Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 687 milyon 506 min ABŞ dolları olub.

Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 2%, dəyər baxımından isə 21% azalıb.

Qeyd edək ki, yanvarda Azərbaycanın ümumi ixracında təbii qazın payı 30,75% olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram