“Azər-Türk Bank”ın İdarə Heyətinə yeni sədr təyin edilib | Banco.az

“Azər-Türk Bank”ın İdarə Heyətinə yeni sədr təyin edilib

“Azər-Türk Bank”ın İdarə Heyətinə yeni sədr seçilib.

Bu vəzifəyə bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə Nəbiyeva Günel Nizami qızı təyin edilib.

    Qeyd edək ki, Günel Nəbiyeva 15 ildən artıq müddətdə bank sektorunda çalışıb. G.Nəbiyeva 2022–2025-ci illərdə “Azər-Türk Bank”ın Müşahidə Şurasının üzvü olub, 2025-ci ilin dekabrından Bankın İdarə Heyətinin üzvü və sədr müavini təyin edilmişdi.