Azərbaycan Hava Yolları (AZAL) bu gündən Dubay istiqamətində reysləri bərpa edir.
Bu barədə AZAL-ın sosial şəbəkəsində yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, uçuşlar həftənin hər günü həyata keçiriləcək.
Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.
