Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) təbii fəlakətlərin Türkiyənin ÜDM-ni 1 faiz azaldacağını proqnozlaşdırmağı məqsədəuyğun hesab edib.
Banco.az xəbər verir ki, təşkilat seçkilərin yaratdığı qeyri-müəyyənlik və artan xarici maliyyə tələbləri səbəbindən Türkiyənin 2023-cü il üzrə artım proqnozunu 3,5 faizdən 3 faizə endirib.
AYİB aylıq hesabatında ən çox maliyyə ayırdığı ölkə olan Türkiyədə növbəti aylarda artması gözlənilən tikinti fəaliyyətlərinin dağıntının infrastruktur və təchizat zəncirlərinə təsirini yüngülləşdirəcəyini proqnozlaşdırıb və ÜDM-in 1 faiz azalmasının "məqbul hesablama" olduğunu bildirib.
Hesabatda həmçinin qeyd olunub ki, 2015-ci ildənbəri türk lirəsinin dəyər itirmə sürəti bəri inflyasiyanın artım sürətindən daha çoxdur, bununla belə, xərclərin ABŞ dolları ilə ifadədə zəif olması səbəbindən ölkədə ixrac səviyyəsi artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
