Avtomobillərin icbari sığortası üzrə yığımlar artır | Banco.az

Avtomobillərin icbari sığortası üzrə yığımlar artır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin birinci rübündə avtomobillərin icbari sığortası üzrə yığımlar 38 mln. 530 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 1 milyon 520 min manat və ya 4.1% artıb.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə illik müqayisədə 1.2% və ya 341 min manat artaraq 28 mln. 20 min manata yüksəlib. 

Qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu sığorta üzrə yığımların məbləği 37 mln. 10 min manat, ödənişlərin məbləği isə 27 milyon 679 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram