Avtomobillərin icbari sığortası üzrə yığımlar 7% artıb | Banco.az

Avtomobillərin icbari sığortası üzrə yığımlar 7% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 134 mln. 724 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 8 milyon 722 min manat və ya 6.9% artıb.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə illik müqayisədə 6.4% və ya 5 milyon 995 min manat artaraq 98 mln. 983 min manata yüksəlib. 

Qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu sığorta üzrə yığımların məbləği 126 mln. 2 min manat, ödənişlərin məbləği isə 92 milyon 988 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram