Avtomobil nəhəngi 50 robot alıb 1000 işçisini işdən çıxardı | Banco.az

Avtomobil nəhəngi 50 robot alıb 1000 işçisini işdən çıxardı

Müəllif:Mehin Qasımova,Banco.az

Texnologiya inkişaf etdikcə insan əməyinə ehtiyac azalır.

Banco.az xəbər verir ki, Amerika avtomobil istehsalçısı "General Motors" (GM) şirkəti süni intellektə yatırdığı investisiya səbəbindən yüzlərlə insanı işdən çıxarıb.

Məşhur şirkət Miçiqandakı Factory Zero zavodunda təxminən 1000 işçini işdən çıxarıb və istehsal xəttinə təxminən 50 yeni robot əlavə edib.

Bu addım həmkarlar ittifaqlarının qəzəbinə səbəb olub və süni intellekt və robotların işçi qüvvəsinə təsirini vurğulayıb.

Həmkarlar İttifaqı nümayəndələri bildiriblər ki, minlərlə insan işini itirdikdən sonra istehsal xəttinə onlarla robotun yerləşdirilməsi işçilər arasında böyük narazılığa səbəb olub.

Mütəxəssislər xüsusilə avtomobil və istehsal sektorlarında robotların istifadəsinin yaxın illərdə daha da geniş yayılacağını və bunun yeni iş modellərinin və peşələrin ortaya çıxmasına səbəb olacağını bildirirlər.