Müəllif - Fərid İslamov - Banco.az
Çin avtomobil istehsalçısı BYD səhm yerləşdirməsi çərçivəsində 40,7 milyard Honq Konq dolları (5,2 milyard ABŞ dolları) cəlb etməyi planlaşdırır. Bu barədə Bloomberg sövdələşmə şərtlərinə istinadən xəbər verib.
Şirkət 118 milyon səhmi hər biri 333-345 dollar qiymət aralığında təklif edir. Bu, Honq Konq birjasında son bağlanış qiymətinə nisbətən 8,4%-ə qədər endirim təşkil edə bilər.
Əldə olunan vəsaitlər tədqiqat və inkişaf (R&D), xaricdə biznesin genişləndirilməsi, dövriyyə kapitalının artırılması və ümumi korporativ məqsədlər üçün istifadə olunacaq.