Avrozonada istehlakçı inamı son bir ildə ən yüksək səviyyəyə çatıb | Banco.az

Avrozonada istehlakçı inamı son bir ildə ən yüksək səviyyəyə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada istehlakçı inamı son bir ildə ən yüksək səviyyəyə çatıb.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası yanvar ayına dair istehlakçı etimadı indeksi üzrə məlumatları yayımlayıb.

Məlumatlara görə, istehlakçı inamı -12,4 səviyyəsində qeydə alınıb. Bununla da göstərici dekabr ayı ilə müqayisədə 0,8 bənd azalıb. Gözləntilər isə indeksin -13,6 səviyyəsində olacağı istiqamətində idi.

Bununla yanaşı, indeks 2025-ci ilin fevral ayından bu yana ən yüksək səviyyəsinə çatıb.

Aİ üzrə ümumilikdə isə istehlakçı etimadı 0,8 bənd artaraq -11,7 səviyyəsinə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram