Avrozonada işsizlik indiyə qədərki ən aşağı səviyyədə qalır | Banco.az

Avrozonada işsizlik indiyə qədərki ən aşağı səviyyədə qalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı və Avrozonada iyun ayı üzrə işsizlik göstəriciləri açıqlanıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın iyun ayına dair işsizlik göstəricilərini açıqlayıb.

Buna əsasən, Aİ-də mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti may ayında 5,9 faiz səviyyəsində olmuşdu və iyun ayında da dəyişməyərək eyni səviyyədə qalıb. Gənclər arasında işsizlik də 14,7 faiz səviyyəsində stabilliyini qoruyub.

Avrozonada isə may ayında 6,2 faiz olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik səviyyəsi iyun ayında dəyişməyib. Gənclər arasında işsizlik isə 14,3 faizdən 14,1 faizə enib.

İyun ayında işsizlik nisbətinin ən yüksək olduğu Avropa ölkələri İspaniya (10,4 faiz), Finlandiya (9,3 faiz) və Türkiyə (8,6 faiz) olub. Ən aşağı işsizlik nisbətinə malik ölkələr isə Malta (2,5 faiz), Çexiya (3 faiz) və Polşa (3,5 faiz) olaraq qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram